Audit

Böyük və uğurlu təcrübəyə malik şirkətimiz müqavilə əsasında müştərilər üçün cəlbedici qiymətlərlə audit və mühasibat xidmətləri təqdim edir. Bizim mühasiblərimiz, maliyyəçilərimiz və hüquqşünaslarımız şirkətinizin təsərrüfat fəaliyyətinin yüksək keyfiyyətli və tamamilə şəffaf  qiymətləndirilməsini müstəqil surətdə həyata keçirəcəklər. Bizim köməyimizlə istifadəçilərin və maraqlı şəxslərin şirkətinizin maliyyə və vergi hesabatlarına etibar dərəcəsi dəfələrlə artacaq.

Auditor xidmətlərinin növləri

Klassik audit – vergi, maliyyə hesabatlarının, eləcə də əmək haqqlarının hesablanması və verilməsini əks etdirən hesabatların yoxlanmasını daxil edən anlayışdır. Auditorlarımızın ixtisaslı fəaliyyəti nəticəsində siz müəssisənizin passivləri, aktivləri, kapitalı, öhdəlikləri və maliyyə vəziyyəti haqqındakı məlumatın həqiqətə uyğun olduğundan əmin olacaqsınız. Şirkətimizlə audit xidmətlərin göstərilməsinə dair müqaviləni imzalamaqla siz uzunmüddətli planlaşdırmanı həyata keçirə və gəlir əldə edə biləcəksiniz.

Məlum oduğu kimi audit qanunvericiliyə uyğun olaraq icbari surətdə aparılan və sahibkarın öz arzusu və ya ehtiyac olduqda apara biləcəyi təşəbbüs xarakterli (könüllü) olur. Icbari auditin məqsədi maliyyə hesabatlarında və ya onların tərkib hissələrindəki (məsələn, firmanın əsas fondunun və ya nizamnamə kapitalının formalaşdırılmasının yoxlanmasını həyata keçirmək olar) məlumatların doğruluğunu təsdiq etməkdir. Nəzərə almaq lazımdır ki, icbari maliyyə auditinin həyata keçirilməsini yalnız reyestrə daxil edilmiş auditorlara və ya audit şirkətlərinə həvalə etmək olar! Auditi başqa əlaqədar audit xidmətlərini də yerinə yetirən şirkətimizə etibar etməklə siz görülən işlərin keyfiyyətindən və onların qanuniliyindən əmin ola bilərsiniz. Şirkətimizin auditorlarının iş təcrübəsi və ixtisası auditi aşağıdakı istiqamətlər üzrə aparmağa imkan verir:

  • Mühasibat hesabatları;
  • Maliyyə hesabatları;
  • Vergi hesabatları;
  • Qiymətli kağızlar;
  • MMC-lərin, FS-lərin və digər müəssisələrin hesabatları.

İcbari audit keçirilən zaman biz sizin tələbinizlə təsərrüfat fəaliyyətinin aparılması zamanı baş verən səhvlərin düzəldilməsinə, əməliyyatların uçotu üzrə nəzarət sisteminin yaxşılaşdırılmasına yönəldilmiş hesabat təqdim etməyə hazırıq. Siz təsərrüfatçılıq formasını artıq müəyyən etmisinizsə və ya vaxtaşırı icbari auditin aparılmasını tələb edən fəaliyyətlə məşğulsunuzsa, şirkətimizlə uzunmüddətli əməkdaşlıq – nəticələrini çox yaxın zamanda qiymətləndirə biləcəyiniz qarşılıqlı faydalı təklifdir.