Kadr Uçotun Qurulması

Azeraudit Consulting Kadr Uçotun Qurulması məsələlərinə dair xidmətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə yüksək səviyyədə riayət etməklə icra edir.

Xidmətlərimizə daxildir:

  • Əmək müqaviləsinin əmək qanunvericiliyinə və müəssisənin fəaliyyətinə uyğun olaraq tərtib edilməsi;
  • Əmək müqaviləsinin bağlanılması, dəyişiklik edilməsi, xitam verilməsi və Əmək müqaviləsi Bildirişləri üzrə Elektron İnformasıya Sisteminə daxil edilməsi;
  • Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
  • Əmrlərin hazırlanması və qeydiyyatının aparılması;
  • Məzuniyyət hüququnun (əmək, təhsil, yaradıcılıq, sosial, ödənişsiz məzuniyyətlər) həyata keçirilməsinin tənzimlənməsi;
  • İş vaxtı rejimi qaydalarının hazırlanması;
  • İş vaxtının uçotunun qeydiyyatının aparılmasının təşkil edilməsi;
  • Müəssisə üçün müvafiq ştat cədvəlinin hazırlanması;
  • Əmək funksiyası üzrə vəzifə təlimatının hazırlanması;
  • Maddi məsuliyyət haqqında müqavilənin hazırlanması;
  • Növbəli iş rejiminə (vaxta metodu) dair qrafiklərin tərtib edilməsi;
  • Xidməti müqavilələrin hazırlanması.